SON DƏQİQƏ

PressDent.Info

Meydana 8 hücumçu ilə də çıxa bilərik - "Barselona"nın baş məşqçisi

Meydana 8 hücumçu ilə də çıxa bilərik -
18-04-2017, 15:01 8004 dəfə baxılıb

“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”a qarşı keçiriləcək cavab oyunu (ilk matç – 0:3) ilə bağlı fikirlərini açıqlayıb.
 
Qol.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, o bildirib ki, 4 qol vurub yarımfinala çıxmaq üçün hər cür risk etməyə hazırdırlar.
 
“Matçın elə bil an yaranacaq ki, biz, əlbəttə geridönüşə hazır olacağıq. Biz o dərəcədə risk etməyə hazırıq ki, meydana hətta 8 hücumçu ilə də çıxa bilərik. Bizim itirəcək heç nəyimiz yoxdur.
 
Azarkeşlərimiz oyunçularımıza inanmalıdırlar. Onlar futbolda mümkün olan hər uğuru qazanıblar. Əlimizdən gələn hər şeyi edəcəyik ki, istədiyimiz nəticəni əldə edək”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ