SON DƏQİQƏ

PressDent.Info

Almaniya millisi Bakıya qələbə ilə gəlir

Almaniya millisi Bakıya qələbə ilə gəlir
23-03-2017, 15:57 15138 dəfə baxılıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan öncə dünyanın bir sıra ölkələrinin milli komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.
Apasport.az saytının məlumatına görə, martın 26-da millimizlə oynayacaq Almaniya millisi də sınaq qarşılaşmasına çıxıb.
Bundestimin rəqibi İngiltərə millisi olub. Dortmundda “Siqnal İduna Park” arenasında baş tutan görüş almanların millimizlə matçdan öncəki son sınağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu milli ilə vida matçına çıxan Lukas Podolski vurub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ