SON DƏQİQƏ

PressDent.Info

“Mançester Yunayted” İngiltərə Kubokunun 1/4 finalına çıxıb

“Mançester Yunayted” İngiltərə Kubokunun 1/4 finalına çıxıb
20-02-2017, 19:01 15399 dəfə baxılıb

Mançester Yunayted” futbol üzrə İngiltərə Kubokunun 1/8 finalında “Bləkbörn” üzərində qələbə qazanaraq turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.
Bazar günü baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Denni Qrem açıb. On dəqiqə sonra Markus Reşford hesabı bərabərləşdirib. Qələbə qolunu Zlatan İbrahimoviç vurub (75-ci dəqiqə).
Bu gün həm də “Tottenhem” səfərdə “Fulhem”i darmadağın edərək İngiltərə Kubokunun növbəti mərhələsinə çıxıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Hər üç qolu Harri Keyn vurub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ