SON DƏQİQƏ

PressDent.Info

Maşallah Əhmədov məhkəmə zalında həbs edildi – 8 il

Maşallah Əhmədov məhkəmə zalında həbs edildi – 8 il
30-01-2017, 14:51 21489 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə hökm elan olunub.
Hökmə əsasən, M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, dövlət ittihamçısı M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ