SON DƏQİQƏ

PressDent.Info

Ronaldodan nümunəvi addım - FOTO

Ronaldodan nümunəvi addım - FOTO
19-10-2016, 19:57 18879 dəfə baxılıb

"Real"ın futbolçusu Kriştiano Ronaldo nümunəvi addımı ilə diqqət çəkib.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Çempionlar Liqasında "Legiya" ilə (5:1) oyuna dəvət etdiyi hollandiyalı sabiq futbolçu, hazırda ağır xəstəlikdən əziyyət çəkən Fernando Riksenlə görüşüb.
 
K.Ronaldo sözügedən matçda geyindiyi formanı ona hədiyyə edib.
 
Madrid klubunun prezidenti Florentino Peres və Ronaldonun meneceri Jorje Mendeş də F.Riksenlə söhbət edib.
 
Qeyd edək ki, F. Riksendə 2013-cü ildə  sağalmaz xəstəlik – amiotrofik skleroz aşkar edilib. O, ötən il Sankt-Peterburqda müalicə olunub.
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ