SON DƏQİQƏ

PressDent.Info

Cavid Hüseynov "Qəbələ"yə qayıtdı

Cavid Hüseynov
17-10-2016, 19:24 16095 dəfə baxılıb

"Qəbələ" klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.
 
Anlaşmanın müddəti mövsümün sonuna kimidir.
 
Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən məşqlərə başlayacaq.
 
Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.
 
Qeyd edək ki, C.Hüseynov ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsində təqsirkar bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Qəbələ"nin sabiq kapitanının cəzası1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ