SON DƏQİQƏ

PressDent.Info

Fırıldaqçı hakimlərimizə ömürlük cəza - Biabırçılıq üzə çıxarıldı

Fırıldaqçı hakimlərimizə ömürlük cəza - Biabırçılıq üzə çıxarıldı
22-09-2016, 18:03 13398 dəfə baxılıb

Beynəlxalq Tennis Federasiyası fırıldaqçılıqa ittiham olunan azərbaycanlı hakimlərlə bağlı qərar qəbul edib. Qurum vəzifələrindən sui-istifadə edən Şirzad Həsənov və Arxip Molotyaqini hakimlikdən ömürlük uzaqlaşdırıb.

Beynəlxalq qurumun araşdırması nəticəsində bəlli olub ki, təxminən 1 il əvvəl İsraildə keçirilən “Futures” seriyalı turnirlər zamanı oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeyker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.

Məlumata görə, Həsənov və Molotyaqin dəfələrlə bu cür fırıldağa əl atıblar. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ