SON DƏQİQƏ

PressDent.Info

Futbolçu oyun zamanı meydanda öldü VİDEO

Futbolçu oyun zamanı meydanda öldü VİDEO
7-05-2016, 20:42 37410 dəfə baxılıb

Rumıniya futbol çempionatında oyunlardan biri zamanı faciə yaşanıb. Dinamo Bükreş-Viitorul Konstanta qarşılaşmasında birinci komandanın oyunçusu Patrick Ekeng meydançada yıxılaraq həyatını itirib.

Dinamo Bükerşin Kamerunlu oyunçusu 63-cü dəqiqədə meydanın mərkəzində mübarizəsiz və topsuz şəraitdə qəfildən yerə çökərək yıxılıb. Hakim oyunu dərhal saxlayıb və həkimlər meydana daxil olub. 2 dəqiqə sonra oyunçunu təcili yardım maşınına qoyublar. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 26 yaşlı Ekeng meydanda keçirdiyi ürək çatışmazlığından dünyasını dəyişib.

Dinamo Bükeş komandası 2000-ci ildə də bənzər faciə yaşamışdı. O zaman da komandanın kapitanı Katalin Hildan oyun zamanı keçirdiyi ürək çatışmazlığından meydandaca vəfat etmişdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ