SON DƏQİQƏ

PressDent.Info

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
15-04-2016, 18:29 22272 dəfə baxılıb

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. 
 
Avropa Liqasının səfiri, ötənlərin tanınmış isveçrəli futbolçusu Aleksandr Frayın çəkdiyi püşk nəticəsində Ukrayna "Şaxtyor"u İspaniya "Sevilya"sına, İspaniya "Vilyarreal"ı isə İngiltərənin "Liverpul" klubuna rəqib olub. "Vilyarreal" - "Liverpul" cütünün qalibi finalda nominal ev sahibi olacaq. 
 
İlk oyunlar 28 apreldə, cavab görüşü 5 mayda olacaq. Final qarşılaşması isə İsveçrənin Bazel şəhərindəki "Sent-Yakob Park"da təşkil ediləcək. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ