SON DƏQİQƏ

PressDent.Info

AFFA millimizin danışılmış oyunda iştirakına dair iddiaları cavablandırdı

AFFA millimizin danışılmış oyunda iştirakına dair iddiaları cavablandırdı
6-04-2016, 19:17 19575 dəfə baxılıb

"Mətbuatda millimizin danışılmış oyunda iştirak etməsi barədə xəbərlər yayılıb. Bunların hamısı cəfəngiyatdır". Bunu açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq görüşünün danışılmış olmasına dair xəbərlərə münasibət bildirərkən deyib.

Qurum rəsmisi Qazaxıstan mətbuatının oyundan əvvəl danışıq olduğu və sonra rəhbərlik arasında görüş keçirildiyi barədə iddialarını yalan adlandırıb: "O yazıda qeyd olunub ki, nəticə əvvəldən danışılıb. Bu, yalandır. Oyundan sonra da rəhbərlik görüşməsi olmayıb, bu da yalandır. Üstəlik Qazaxıstan komandasının hotel və məşq meydançası xərclərinin də bizim çəkdiyimiz qeyd olunub. Belə bir şey ola bilməz. Yalnız hakimlərin pulu yarıbayarı ödənilib. Çəkiliş və yayım xərclərinin də 50 faizini qazaxlar ödəyib. Başqa heç bir ödənişdən, danışılmış oyundan söhbət gedə bilməz".

Qeyd edək ki, Qazaxıstan mətbuatı martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilmiş yoldaşlıq görüşünün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi haqda xəbər dərc edib. İddia edilib ki, oyun 1:1 hesabı ilə başa çatmalı olub. Bunun qarşılığında rəqib komandanın hotel və məşq meydançası xərcləri AFFA tərəfindən təmin olunub. Lakin nəticə danışıldığı kimi olmadığından, tərəflər arasında narazılıq yaranıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ