SON DƏQİQƏ

PressDent.Info

Bakıda keçiriləcək “Formula 1” Qran Prisinin səfiri qəzaya düşdü – video

Bakıda keçiriləcək “Formula 1” Qran Prisinin səfiri qəzaya düşdü – video
21-03-2016, 15:35 20097 dəfə baxılıb

Formula 1 üzrə Avstraliya Qran Prisinin 18-ci dövrəsində ciddi qəza baş verib. Yürüş qırmızı bayraqlarla dayandırılıb.

“Maklaren” pilotu, ispaniyalı Fernando Alonso “Zauber”dəki həmkarı, meksikalı Esteban Qutyerresi ötməyə çalışarkən, öz avtomobilini əzib. Maşın trasdan kənara uçaraq, hasara dəydikdən sonra çevrilib və təkərləri yerindən çıxıb. Alonsonun özü zədələnməyib. Yürüşə nəzarət edən şəxslər qəzanın nəticələrinin aradan qaldırılması üçün Qran Prini qırmızı bayraqlarla dayandırmağı qərara alıblar. Bir müddət sonra yürüş bərpa olunub. Hazırda “Ferrari” pilotu Sebastyan Fettel irəlidədir.

Qeyd edək ki, Fernando Alonso 17 – 19 iyunda Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiridir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ