SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu

Azərbaycan güləşçisi 4 illik diskvalifikasiya olundu
17-03-2016, 18:09 64989 dəfə baxılıb

Azərbaycanın gənc sərbəst güləşçisi Turxan Qurbanov 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.
 
Qərara 20 yaşlı pəhləvanın 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq çəki dərəcəsində 5-ci yeri tutduğu gənclər arasında Avropa çempionatında dopinq-testdən imtinası səbəb olub. 
 
Xəbəri açıqlamasında Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə də təsdiqləyib. O bildirib ki, hazırda cəzanın yüngülləşdirilməsi istiqamətində danışıqlar aparılır.
 
Güləşçinin atası Sənani Qurbanov isə hadisənin anlaşılmazlıq üzündən baş verdiyini açıqlayıb: "Avropa çempionatında oğlum 5 görüş keçirib. Həm yarımfinal, həm də bürünc medal uğrunda görüşdə uduzduqdan sonra türkiyəli dopinq zabitləri ona yaxınlaşaraq, dopinq-testə dəvət ediblər. Turxan isə xeyli tər axıtdığını və yorğun olduğunu deyib və dopinq-testin ertəsi gün götürülməsini xahiş edib. Razılaşıblar ki, yoxlama səhəri günə təxirə salınsın. Lakin vəd olunduğu vaxt oğluma bildiriblər ki, sən dopinq-testdən imtina etmisən və buna görə iş aktlaşdırılıb. Bir ay sonra isə ona 4 illik cəza gəlib".
 
S.Qurbanovun sözlərinə görə, oğlu gənclər millisinin heyətində yuxarı çəki dərəcələrində yer alanlar arasında yeganə azərbaycanlı güləşçidir və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etməyə əsas namizədlərdən sayılır. Bu səbəbdən, o, T.Qurbanovun cəzasına yenidən baxılması üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının dəstəyinə ümid edir.
 
Qeyd edək ki, Turxan Qurbanov ölkədaxili və beynəlxalq turnirlərdəki nailiyyətləri ilə yanaşı, 2014-cü il dünya çempionatının bürünc mükafatçısı olub. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ