SON DƏQİQƏ

PressDent.Info

Erməniyə bir yumruqla başa saldım ki... - VİDEO

Erməniyə bir yumruqla başa saldım ki... - VİDEO
11-03-2016, 14:39 28710 dəfə baxılıb

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Latviyanın paytaxtı Riqada 61 kq. çəki dərəcəsində bürünc medal qazandığı Avropa çempionatındakı çıxışı barədə danışıb. 
H.Əliyev erməni Valodya Franqulyanla bürünc medal uğrunda görüşündən danışaraq, düşmən ölkə təmsilçisini yendiyi üçün sevindiyini vurğulayıb:
"Erməni idmançı ilə bir dəfə də qarşılaşmışdım və qalib gəlmişdim. O, bu dəfə məni udmaq istəyirdi. Şükür Allaha, izn vermədim ki, qalib gəlsin. Amma xalça üzərində məğlub olarkən, güləşə zidd hərəkətlər edir, altdan-altdan yumruq atırdı. Sona yaxın mən də bir yumruqla başa saldım ki, bu, güləşdir. Mübahisə, xalça üzərində belə şeylər olur. Amma çox sevinirəm ki, yenə düşmənimizə - erməni idmançısına qalib gəldim".
Qeyd edək ki, Hacı Əliyev Valodya Franqulyanı ilk dəfə "Bakı 2015" I Avropa Oyunlarında məğlub edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ