SON DƏQİQƏ

PressDent.Info

"Neftçi"nin futbolçusu Kataloniya klubu ilə danışıqlara başlayıb

7-03-2016, 15:45 19053 dəfə baxılıb

Daha bir legioner futbolçusu tezliklə "Neftçi" klubunu tərk edə bilər. "Report"un "Emporda" nəşrinə istinadən verdiyi məlumata görə, bu, ispaniyalı müdafiəçi Xuan Alberto Andreu Alvarado Mellidir.
 
32 yaşlı oyunçu Kataloniya bölgəsinin ikinci liqasında mübarizə aparan "Ripoll" klubu ilə danışıqlar aparır. Razılaşma olacağı təqdirdə, Melli karyerasını vətənində davam etdirəcək. Onunla yanaşı, sabiq "Espanyol"lu Raul Tamudo da David Zuritanın baş məşqçi olduğu komandaya bu həftə cavab deməlidir. 
 
Qeyd edək ki, Melli ötən ilin yayında "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi "Neftçi"dən öncə "Betis" (İspaniya), "Tenerife" (İspaniya), "Gent" (Belçika), "Şerif" (Moldova), "Erqotelis" (Yunanıstan) və "Simurq" (Azərbaycan) klublarında çıxış edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ