SON DƏQİQƏ

PressDent.Info

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri azaldı

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri azaldı
4-03-2016, 16:23 26796 dəfə baxılıb

Milli Məclisin bəzi deputatlarının mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyindən alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə bağlı etirazı nəzərə alınıb.
 
Ötən gün Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi aparılıb.
 
"Qanuna təklif olunurdu ki, 53-1.5-ci maddədəki "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənsin.
 
Bu gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, millət vəkillərinin etirazları nəzərə alınaraq parlament rəhbərliyinə müraciət olunub: "Parlament rəhbərliyi də qanunvericilik təşəbbüsü subyektinə müraciət edib və məsələ əvvəlki qaydada qalıb. Yəni, oyunlardan əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət nazirliyin, az qismi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə verilib".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ