SON DƏQİQƏ

PressDent.Info

"Qalatasaray"ın baş məşqçisi istefa verdi

1-03-2016, 13:36 28101 dəfə baxılıb

Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Mustafa Dənizli istefa verib. Bu gün səhər Florya Mətin Oktay bazasına gələn Mustafa Dənizli, məşqdən əvvəl futbolçularla qısa söhbət edib və vidalaşıb. 
 
Dənizlinin çıxışından sonra sarı qırmızılı futbolçular məşqlərinə köməkçi Stefano Marronenin rəhbərliyi ilə davam edib.
 
Mustafa Dənizlinin hazırda klub prezidenti Dursun Özbəklə görüşdüyü bildirilir.
 
Qeyd edək ki, dünən Dənizli  "Qaziəntopspor" klubuna 2-0 lıq məğlubiyyətdən sonra istefa verəcəyi barədə üstüörtülü mesaj vermişdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ