SON DƏQİQƏ

16:43 - Azərbaycan ziyallısı, Xızı rayon təhsil şöbəsinin müdürü Abdullayev Oktay Rza oğlu...

13:37 - Azərbaycanı işıqlı gələcəyə aparan yolun banisi Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyev!..

13:31 - 24 - ildir ki, xlaqımıza xidmət göstərən Modern Hospital klinikasında Ortopediya və Travmatologiya üzrə mütəxəsis, Doktor Əfqan Cəfərov kimi savadlı ziyallılarımız çalışır...

12:14 - “1000 bərəkət, halal nemət” - Halallığa tam zəmanət - VİDEO + FOTO

10:59 - Ağcabədi Suvarma Sistemləri idarəsinin rəisi Azər Çingiz oğlu Bayramov Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bağlı təbrik etdi.

14:54 - Masallı rayon Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Mikayılov Abbas Lətif oğlunun əvəz olunmaz əməyi, xalqına və rəhbərliyə olan sədaqətindən irəli gəlir.

03:08 - Ramil Nabran: Ramil Nabran - Salam Qarabağ

04:00 - Aktyor Muxtar Manıyev. İki ayağını da kəsdilər, oğlunun toy günü vəfat etdi - ən çox filmə çəkilən aktyor..

17:03 - Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının sədri, “Bakı Tekstil Fabriki” MMC - nin direktoru Səkinə Babayeva Azərbcan xınımı adını beynəlxalq səviyədə təmsil edən vətənpərvər xanımlardan biridir.

12:04 - Şəhərimizin yeni siması Orbita MTK tikinti şirkətidir.

09:01 - Армяне или хаи? Маски сорваны

19:55 - Gənc müğənni Ramin Agakisiyev - Sevdiyim mahnısı

08:08 - Yeni Azaərbaycan Partiyasının, Qazax rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov: Ümummilli Lider Heydər Əliyev və Ali Baş Kömandan İlham Əliyev Azərbaycanın əfsanəvi tarıxı qəhrəmanlarıdır.

08:39 - Vidadi Hüseynovun rəhbərliyi ilə 33 saylı Ağcabədi rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.

11:48 - AZƏRBAYCANDA MƏMUR ÖZBAŞNALIĞI

PressDent.Info

Yüksək vəzifə tutan idmançılar – SİYAHI

Yüksək vəzifə tutan idmançılar – SİYAHI
21-09-2015, 13:27 40392 dəfə baxılıb

I Avropa Oyunları idman ölkəsi olaraq, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırdı. Çox sevindirici haldır ki, azərbaycanlı idmançılar idmanın müxtəlif növlərində böyük nailiyyətlər qazanır, Azərbaycanımızı beynəlxalq idman yarışlarında layiqincə təmsil edirlər. Nəzərə alanda ki, idman gənclərin sahəsidir, müəyyən yaşdan sonra artıq idmançılar öz sevimli peşələri ilə vidalaşmalı olurlar.
 
Trend-in əməkdaşı ölkəmizi müxtəlif beynəlxalq yarışlarda uğurla təmsil etmiş, Azərbaycanın bayrağını zirvələrə qaldırmış, hazırda isə müxtəlif dövlət qurumlarında yüksək vəzifə tutan idmançılarımızın siyahısını təqdim edir.
 
İdmanın karate növü üzrə dünya və qitə çempionu olmuş Ülvi Quliyev hazırda Milli Məclisin deputatıdır. Yasamal seçicilərini parlamentdə təmsil edən deputat paralel olaraq Azərbaycan Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir.
 
Dəfələrlə dünya çempionu olan və əfsanəvi güləşçilərdən sayılan Xəzər İsayev hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
 
Ölkəmizin ən çox medal qazanan idmançıları siyahısında yer alan Eduard Məmmədov daxili işlər orqanlarında çalışır. Polkovnik-leytenant rütbəli idmançı bu gün də kikboksinq üzrə keçirilən beynəlxalq idman yarışlarında iştirak edir.
 
Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Namiq Abdullayev də polis orqanlarında çalışır. Polkovnik-leytenant rütbəsi daşıyan idmançı “Şöhrət” ordeni ilə təltif olunub.
 
Azərbaycanın və MDB-nin ən güclü qadın şahmatçısı sayılan Aynur Sofiyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Bir müddət Milli Məclisin deputatı və Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.
 
Doqquzqat dünya çempionu, qadınlar arasında cüdo yarışı üzrə ölkəmizin şərəfini ləyaqətlə qorumuş Zülfiyyə Hüseynova hazırda Dövlət Gömrük Komitəsində məsul vəzifə tutur. O, komitənin Bakı şəhər idarəsində inspektor vəzifəsində çalışır.
 
Sambo üzrə dəfələrlə dünya çempionatının qalibi olmuş Ceyhun Məmmədov daxili işlər orqanlarında çalışır. Pokovnik-leytenant rütbəli idmançı “Tərəqqi” medalı ilə təltif olunub.
 
Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli Dövlət Yol Polisi İdarəsində çalışır. Kapitan rütbəli idmançı bu günlərdə mətbuata açıqlama verərək, bizneslə də məşğul olduğunu, “Nömrə 1” adlı supermarketlər şəbəkəsi işlətdiyini deyib.
 
Doqquzqat dünya çempionu Araz Musayev Fövqəladə Hallar Nazirliyində çalışır. Mayor rütbəli idmançı kikboksinq üzrə ölkəmizin şərəfini qoruyub.
 
İkiqat dünya çempionu Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir. Bundan öncə “Neftçi” futbol klubunun komanda rəhbəri olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ