11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.
17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub
17:18 - İlham Əliyev Putini təbrik etdi
17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO
17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"
16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ
Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.
Musavat.com-un məlumatına görə, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.
Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.