SON DƏQİQƏ

PressDent.Info

"Qəbələ"nin məşqçisi: "Klubun yaşayacağına inanıram"

25-11-2019, 01:01 11484 dəfə baxılıb

 

 

 

 

 

 

 

 

 

"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq".
"Report" xəbər verir ki, bunları "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Sabitliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı".
Baxşiyev sponsor məsələsinə də toxunub: "Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ