SON DƏQİQƏ

PressDent.Info

Naxçıvan-Türkiyə sərhədində yanacaq dolu yük maşını “partladılıb”

Naxçıvan-Türkiyə sərhədində yanacaq dolu yük maşını “partladılıb”
19-05-2019, 12:01 1131 dəfə baxılıb

Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində yanacaq dolu yük maşını “partladılıb”.

Türkiyə Dilucu Sərhəd Qapısından  bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib.

Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru hadisəni “terror hücumu” kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.

“Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır”, o deyib.

Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.

Türkiyənin Anadolu xəbər agentliyi də partlayış barədə məlumat yayıb və bildirib ki, yanacaq daşıyan maşına atəş İran tərəfindən açılıb.

Məlumatda deyilir ki, yanacaq daşıyan yük maşını Naxçıvan nömrəsi daşıyıb və partladıldıqdan sonra yanaraq yararsız hala düşüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ