SON DƏQİQƏ

PressDent.Info

Sumqayıtda 61 yaşlı qadın ona vurulan səhv iynədən ölüb

Sumqayıtda 61 yaşlı qadın ona vurulan səhv iynədən ölüb
28-05-2018, 20:11 10092 dəfə baxılıb

Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb. Hadisə 10-cu mikrorayonda baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından isə bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ