SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

İranda etiraz aksiyasında azı bir nəfər öldürülüb

İranda etiraz aksiyasında azı bir nəfər öldürülüb
17-05-2018, 19:27 12528 dəfə baxılıb

Kazerun şəhərinin yerləşdiyi Fars vilayətinin valisi Esmail Tabadar mayın 17-də ISNA yarırəsmi xəbər agentliyinə müsahibəsində bir etirazçının öldüyünü təsdiqləyib.

Tabadar şəhərdə “hələ də dağınıq etirazlar”ın davam etdiyini, ancaq “vəziyyətin nəzarətdə olduğunu” bildirib.

Vali deyib ki, adamlar etirazlarla bağlı sosial mediada yazılanlara inanmamalıdırlar.

***

İranın cənubqərbindəki Kazerun şəhərində etiraz aksiyası olub, azı bir nəfər öldürülüb, altı nəfər xəsarət alıb. Xəbəri mayın 17-də İranın yarırəsmi Fars xəbər agentliyi yayıb.

Məlumata görə, etirazçılar polis məntəqəsinə od vurub.

“Fars” xəbər verir ki, mayın 16-da axşam “az sayda” etirazçı Kazeruna yığışıb. Bu şəhər paytaxt Tehrandan 900 kilometr cənubda yerləşir.

Artıq bir neçə həftədir Kazerunda dinc etirazlar keçirilir, əhali şəhərin bəzi rayonlarının ayrılıb yeni yaradılan şəhərə birləşdirilməsinə dair yerli administrasiyasının qərarına etiraz edir.

ETİRAZÇILARIN BURAXILMASINI TƏLƏB EDİBLƏR

Öncəki etirazlardan sonra hakimiyyət rayonların ayrılmayacağını bildirib.

Bir şahidin BBC-yə deməsinə görə, ötən günkü etirazda “bir neçə nəfər” saxlanıb və adamlar polis məntəqəsi qarşısına etirazçıların buraxılmasını tələb etmək üçün yığışıblar.

“Polisin havaya atəş açması durumu gərginləşdirdi. Etirazçılar polis bölməsinə girərək ona od vurdular”, – şahid deyib.

İranda İnsan Haqları üzrə Nyu York Mərkəzi yerli mənbələrə istinadla azı 3 nəfərin öldürüldüyünü bildirir. Sosial mediada etiraz aksiyasından həvəskar videolar yayılmaqdadır.

Videoların birində etirazçılar yaralını aparırlar. Digərində isə İranın dövlət siyasətinə qarşı şüarlar səsləndirirlər.

Videonun birində bəzi etirazçılar deyirlər ki, Birləşmiş Ştatlar İran liderlərinin iddia etdiyi kimi, ölkənin real düşməni deyil.

“Düşmənimiz burdadır. Düşmənin Amerika olduğunu deyirlər, səhv edirlər”, – onlar qışqırıblar.

Kazerunda 150 min əhali yaşayır. Ənənəvi olaraq ov tüfəngləri gəzdirən qaşqay tayfası da əsasən burada məskunlaşıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ