SON DƏQİQƏ

PressDent.Info

Ordumuz iki əsgərini itirdi

Ordumuz iki əsgərini itirdi
24-03-2018, 17:50 14181 dəfə baxılıb

Azərbaycan ordusu yenə şəhid verib. Cəlilbad rayonundan hərbi xidmətə çağırılan Xəyyam Pənah oğlu Rzayev dünən erməni snayperinin gülləsinə tuş gəlib. Əsgərimizin vuruldağı anı ermənilər sosial şəbəkələrdə paylaşıb. Videodan görünür ki, əsgərimiz ehtiyatsızlıq edir və onun bu səhvini düşmən bağışlamır. Xəyyam Pzayev Cəlilabad rayonu Uzuntəpə kəndində doğulub.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, əslən Yardımlı rayonundan olan daha bir əsgərimiz Goranboy rayonunda minaya düşərək həlak olub.

Müdafiə Nazirliyi bu ölümlərlə bağlı hər hansı xəbər yaymayıb. Nazirliyin saytında göstərilir ki, bayram günlərində – 20-23 mart tarixlərində – atəşkəs 97, 101, 98, 93 dəfə pozulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ