SON DƏQİQƏ

PressDent.Info

Bir qrup köçkün Bakıda yolu kəsdi

Bir qrup köçkün Bakıda yolu kəsdi
16-01-2018, 19:52 6177 dəfə baxılıb

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə narazılıq ediblər.

Onlar “Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Komitədən  bildirilib ki(modern.az), Binəqədi rayonundakı H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkünlər komitəyə gələrək narazılıqlarını bildiriblər.
“Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşqıları binada “mənzilləri” uçurulur. Həmin məcburi köçkünləri komitə rəsmiləri qəbul edib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, “Dövlətqaçqınkom” heç kimin yaşadığı bina və mənzilləri sökmür”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ