SON DƏQİQƏ

PressDent.Info

Fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb

Fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb
11-09-2017, 12:00 5133 dəfə baxılıb

Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.

Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

 

Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ