SON DƏQİQƏ

PressDent.Info

Qadın ərinin killerini ömürlük şikəst etdi

Qadın ərinin killerini ömürlük şikəst etdi
2-06-2017, 16:27 9048 dəfə baxılıb

Rusiya prezident Putinə sui-qəsdin hazırlanmasında ittiham edilən və Kiyevdə sui-qəsd nəticəsində yaralanan Adam Osmaevin həyat yoldaşı ərinin vəziyyətinin ağır, lakin stabil olduğunu deyib.

“Kiyev-2” polis batalyonunda xidmət etmiş Amina Okueva ərinə hücum edən şəxsə hədiyyə silahdan atəş açdığını da etiraf edib.

Osmaev və həyat yoldaşı Kiyevdə Fransanın Le Monde qəzetinin müxbiri Aleks Vernerlə müsahibə ilə bağlı razılığa gəliblər. Onlar görüşüb maşına minəndən sonra özünü jurnalist kimi təqdim edən adam tapança çıxararaq Osmanovun sinəsindən atəş açıb. Cavab olaraq Osmaevin həyat yoldaşı ona hədiyyə edilən tapançadan hücumçuya 4 dəfə atəş açıb.

“Hər şey qaydasındadır. Adamın vəziyyəti ağırdı, ancaq stabildi. Killeri hədiyyə tapançamla dayandırdım”, – deyə Okuyeva Facebook səhifəsində yazıb.

Killer barədə danışan Okuyeva onun şikəst qalmasına sevindiyini bildirib.

Xatırladaq ki, Adam Osmaev 2012-ci ildə Odessada mənzildə partlayış törətməsi şübhəsi ilə saxlanılıb. Istintaqda həmçinin onun Rusiya prezidenti Putinə sui-qəsd hazırladığına dair şübhələr olub.

Avropa məhkəməsi Ukraynaya Osmaevi Rusiyaya verməməyi tövsiyyə edib. 2014-cü ilin noyabrın 19-da o 2,5 illik həbsdən sonra azad edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ