SON DƏQİQƏ

PressDent.Info

Abşeronda 19 yaşlı gənc özünü asıb

Abşeronda 19 yaşlı gənc özünü asıb
15-05-2017, 16:07 10440 dəfə baxılıb

Abşeronda intihar hadisəsi baş verib. Hadisə Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Elvin Elçin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. E.Quliyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ