SON DƏQİQƏ

PressDent.Info

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb – video

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb – video
14-04-2017, 12:33 10440 dəfə baxılıb

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb.
Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən “Report”a bildirilib ki, hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ