SON DƏQİQƏ

PressDent.Info

Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış

Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış
14-02-2017, 13:22 15834 dəfə baxılıb

İlk xəbər fevralın 12-də saat 20:36-da yayımlanıb.
 
Bakıda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib.
 
Hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.
 
Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.
 
Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ