SON DƏQİQƏ

PressDent.Info

Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb

Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb
14-02-2017, 13:18 17574 dəfə baxılıb

Bakıda avtomobil körpüdən aşıb. adisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil yolun qar bağlamış hissəsində idarəetmədən çıxaraq körpünün üzərindən aşağıya aşıb. Nəticədə İ.Vəliyev və onun anası Sahilə Vəliyeva ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala görə qəzaya səbəb yüksək sürət olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ