15:06 - Azərbaycanlı rejissordan SƏRT SÖZLƏR: "Yataq səhnəsinə çəkilən aktrisalar..."
14:59 - Elçin İsmayıllının cəzası 9 ildən 7 ilə endirildi
14:57 - Gəncədə bina partlayıb, ölənlər var
18:28 - "İttihamları qəbul etmir" - Vəkili həbsxanada Təranə ilə görüşdü
18:17 - Bakını indi də Eldar Əzizov “sökəcək”
18:00 - Amaliya Pənahovanın vəzifəsi qızına verild
17:51 - Sona Vəliyeva Milli Tele-Radio Şurasındakı işini itirdi
17:46 - Sədərək ticarət mərkəzində yanğın olub
18:43 - Mirkamilin YALANI üzə çıxdı - Özgə uşağı özünkü kimi təqdim edib
18:37 - İsrailin müdafiə naziri istefa verdi
18:33 - Mingəçevirdə bədbəxt hadisə
19:16 - Murad Boz ən çox nədən qorxur ?
19:09 - “Azərkosmos” 308 milyon manat zərər edib
Bakıda kütləvi dava düşüb, polis mayoru bıçaqlanıb
Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.
Hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.
Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.
Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.
Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı Ə.Məhərrəmov saxlanılıb. Digər şəxsin axtarışlarına başlanılıb.
Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.