SON DƏQİQƏ

PressDent.Info

Polis şöbəsində saxlanılan şəxs boğazını kəsərək intihar edib

Polis şöbəsində saxlanılan şəxs boğazını kəsərək intihar edib
17-11-2016, 16:29 16356 dəfə baxılıb

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib. Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.

Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ