SON DƏQİQƏ

PressDent.Info

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi

Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirildi
15-11-2016, 17:04 16617 dəfə baxılıb

Rusiyada Azərbaycan vətəndaşı öldürülüb. Qətl hadisəsi noyabrın 14-də Novqorod vilayətinin Pestov rayonunun Ponomaryevo kəndində baş verib.

Naməlum şəxs Pestov rayonunda yaşayan Azərbaycan vətəndaşına bıçaqla zərbələr endirib.

Ölümcül yaralanan azərbaycanlı özü maşına oturaraq şəhər mərkəzinə gəlib, təcili tibbi yardım çağırılmasını istəyib. Lakin o, çoxlu qan itirdiyindən ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır, qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ölən şəxsin adı açıqlanmır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ