SON DƏQİQƏ

PressDent.Info

Yağış Bakı məktəblərindən birinin stadionunu uçurtdu - FOTO

Yağış Bakı məktəblərindən birinin stadionunu uçurtdu - FOTO
19-10-2016, 01:15 15573 dəfə baxılıb

Ölkə ərazisində bir neçə gündür yağan intensiv yağışlar paytaxt ərazisində yerləşən məktəblərdən birinin stadionun uçmasına səbəb olub.
 
Dünən axşam saatlarında Bakı şəhər, Xətai rayonu, General Şıxlinski küçəsində  yerləşən 48 saylı orta məktəbin stadionu uçub.
 
Şahidlərin dediklərinə görə, həmin ərazi sürüşməyə meyilli imiş. Uçmuş stadion yenicə təmirdən çıxıb.
 
Qeyd edək ki, 48 nömrəli tam orta məktəb 1977-ci ildə istifadəyə verilib. Məktəb 2014-cü ildə əsaslı təmir olunub. 
 
 
 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ