SON DƏQİQƏ

PressDent.Info

Bakıda evləri su basdı: 77 nəfər təxliyə olundu - FOTO

Bakıda evləri su basdı: 77 nəfər təxliyə olundu - FOTO
19-10-2016, 01:13 14616 dəfə baxılıb

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
 
Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayarmovun  Modern.az-a verdiyi məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.
 
“Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ