10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Lənkəranda zəncirvari qəza: 5 tələbə yaralandı
Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir. Hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.
İkinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşgul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi “VAZ-2106” markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın magistralla hərəkətdə olan “Ford” markalı 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub.
Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus “Mersedes” markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına çırpılıb. Nəticədə “VAZ-2106” -nın sürücüsü və avtomaşında olan 5 tələbə maxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəsarət alanlar – Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə Travmatologiya şöbəsində qeydiyata alınıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.