SON DƏQİQƏ

PressDent.Info

Bakıda faciə: kran aşdı, daşlar küçədən keçənlərin başına töküldü

Bakıda faciə: kran aşdı, daşlar küçədən keçənlərin başına töküldü
11-10-2016, 15:51 14355 dəfə baxılıb

Bakıda tikintidə qəza baş verib. Nəsimi Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ