15:06 - Azərbaycanlı rejissordan SƏRT SÖZLƏR: "Yataq səhnəsinə çəkilən aktrisalar..."
14:59 - Elçin İsmayıllının cəzası 9 ildən 7 ilə endirildi
14:57 - Gəncədə bina partlayıb, ölənlər var
18:28 - "İttihamları qəbul etmir" - Vəkili həbsxanada Təranə ilə görüşdü
18:17 - Bakını indi də Eldar Əzizov “sökəcək”
18:00 - Amaliya Pənahovanın vəzifəsi qızına verild
17:51 - Sona Vəliyeva Milli Tele-Radio Şurasındakı işini itirdi
17:46 - Sədərək ticarət mərkəzində yanğın olub
18:43 - Mirkamilin YALANI üzə çıxdı - Özgə uşağı özünkü kimi təqdim edib
18:37 - İsrailin müdafiə naziri istefa verdi
18:33 - Mingəçevirdə bədbəxt hadisə
19:16 - Murad Boz ən çox nədən qorxur ?
19:09 - “Azərkosmos” 308 milyon manat zərər edib
13 saylı “kalon”a xüsusi təyinatlılar yeridilib
Penitensiar Xidmətin 13 saylə Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilib. Bu barədə Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumata görə, 2 gün əvvəl müəssisəyə daxil olan xüsusi təyinatlılar mıəhbuslara qarşı fiziki zorakılığa əl atıblar. Məhbuslarda Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) adlandırılan “işgəncə kalonu”na göndəriliblər. Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar “Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər.
Məlumatda qeyd olunur ki, hər iki məhkum orada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür.
Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, müəssisəyə qoşun yeridilməsini təkzib etsə də adıçəkilən məhkumlarla bağlı bizə məlumat verəcəyini dedi.
Xatırladaq ki, 13 saylı cəzaçəkmə məsissəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır.