SON DƏQİQƏ

PressDent.Info

Gün üzünə həsrət qalan fontanlar... - FOTO-VİDEO

Gün üzünə həsrət qalan fontanlar... - FOTO-VİDEO
14-08-2015, 15:11 25703 dəfə baxılıb

Havaların isti keçməsi ənənəvi problemləri yenə gündəmə gətirir. Sərinləmək üçün parklara üz tutanlar necə deyərlər əlləri ətəyindən uzun geri qayıtmağa məcbur olurlar. Günün ən isti saatlarında paytaxtın əsas parklarında fontanların işləməməsi bunu təsdiq edir.  

Fontanların funksiyası isti günlərdə həm ekoloji balans yaratmaq, həm şəhərin ümumi estetikasına xidmət etmək, həm də əhalinin rahat istirahətini təmin etməkdir. Amma paytaxt parklarında olan fontanlar öz  funksiyasını yanız axşam saatlarında yerinə yetirirlər.

Şəhərin qonaqlarının ən çox üz tutduğu Fəvvarələr meydanında isə həm sevindik, həm də necə deyərlər dincəldik. Çünki buradakı işləyən fontanlar göz oxşayırdı.

Dənizkənarı Milli Park İdarəsinin isə balanslarında olan bütün fontanlar gün ərzində işləyir. İdarənin rəis müavini ərazidəki fontanların bəzək üçün olmadığını və əhaliyə xidmət göstərdiyini bildirdi. Azərsu ASC-dən isə bildirdilər ki, paytaxtın heç bir ərazisində ciddi su fasiləsi qeydə alınmayıb. Nə deyək, təki fontanlarımızın suyu daimi olsun.

 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ