SON DƏQİQƏ

PressDent.Info

Gecənin kriminal xronikası: Rəfiqələr arasında dava; Hesab üstə qadın döyüldü; 53 yaşlı kişi bizləndi

Gecənin kriminal xronikası: Rəfiqələr arasında dava; Hesab üstə qadın döyüldü; 53 yaşlı kişi bizləndi
10-10-2015, 00:04 37615 dəfə baxılıb

Ötən gecə paytaxtda 3 qanlı hadisə baş verib.  Hadisələrdən birində naməlum şəxs Qaradağ sakininə kəsici deşici alətlə 20-yə yaxın xəsarət yetirib. 53 yaşlı Rəfail Rəhmanova yaşadığı evin qarşısında kəsici deşici alətlə çox saylı zərbələr endirənlər hadisə yerindən qaçıblar. Yaralı dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər Rəfail Rəhmanovda 20-yə yaxın kəsilmiş-deşilmiş yara aşkarlayıblar.
 
Həkim onu da əlavə edib ki, bizlə yetirilən xəsarət bıçaq yarasından da ağır olur. Rəfail Rəhmanov polisə bildirib ki, axşam evində yemək yeyən zaman tanımadığı şəxs onu evindən çağırıb. O, çölə çıxanda naməlum şəxs bizlə ona xəsarətlər yetirib. Polis cinayət alətinə görə, hadisəni törədən şəxsin əvvəllər məhkumluq həyatı yaşadığını ehtimal edir. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
 
Nəsimi rayonunda isə rəfiqələr arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.
 
Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib. Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.
 
Nəsimi rayonunda kafedə hesab üstə düşən mübahisə zamanı qadın döyülüb. 50 yaşlı Məlahət Məlikova çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona ilkin tibbi yardım göstəriləndən sonra palataya yerləşdirilib. Zərərçəkənin sözlərinə görə, qardaşı hadisə baş verən kafedə pivə içib. Lakin hesabı ödəməyə pulu çatmayıb. Pul gətirmək üçün vaxt istəyib və bu zaman mübahisə düşüb. Kafenin işçiləri onu döyüb. Məlahət Məlikova qardaşını döyüldüyünü eşidən kimi kafeyə gəlib. Yaranan mübahisə zamanı naməlum şəxslər Məlahət Məlikovaya xəsarətlər yetiriblər.
 
Faktla əlaqədar araşdırmalar aparılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ