SON DƏQİQƏ

PressDent.Info

Bakıda silahlı insidentlə bağlı məhkəmə başlayır

Bakıda silahlı insidentlə bağlı məhkəmə başlayır
24-11-2019, 00:10 7482 dəfə baxılıb

Bakıda silahlı insidentlə bağlı məhkəmə başlayır
Bakının Sabunçu rayonunda silahlı insident törətməkdə təqsirləndirilən Seymur Şahalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il yanvarın 23-də Sabunçu qəsəbəsi Pişəvəri küçəsində baş verib. 1990-cı il təvəllüdlü Şahalıyev Seymur Fərhad oğlu ilə 1983-cü il təvəllüdlü Eyvazov Eldəniz Hökməli oğlu arasında mübahisə yaranıb. Yaranan münaqişə zamanı Şahalıyev Eyvazovu döyüb. "Renault" markalı maşını ilə taksi xidməti göstərən E.Eyvazov avtomobilə minərək qaçmaq istəyən zaman S.Şahalıyev pnevmatik tapançadan ona atəş açıb. Güllə maşının şüşəsindən keçərək Eyvazovu baş nahiyəsindən yaralayıb.

3 saylı Şəhər Kliniki Xəstəxanasına tibbi yardım üçün müraciət edən E.Eyvazov həkimlərin yaranın mənşəyi barədə sualına cavab olaraq yıxıldığını bildirib. Lakin 12-ci Polis Bölməsinin əməliyyatçıları tez bir zamanda həqiqəti öyrənərək insident iştirakçılarının izinə düşüblər. Saxlanılaraq istintaqa cəlb edilən S.Şahalıyevə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ