SON DƏQİQƏ

PressDent.Info

Bakıda yanğın olub

Bakıda yanğın olub
23-06-2019, 17:22 7395 dəfə baxılıb

Bu gün, iyunun 23-də Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında yanğın baş verib. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğının söndürüldüyü bildirilir.

Hadisə yerində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər də olub. Eldar Əzizov jurnalistlərə bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. O deyib ki, yanğının başvermə səbəbi obyektiv qaydada araşdırılacaq.

Mağazadan malların bir hissəsi çıxarılıb.Orada qadın paltarlarının satıldığı qeyd olunur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ