SON DƏQİQƏ

PressDent.Info

Ərindən gizli telefon işlədən gəlin evdən qaçdı-FOTO

Ərindən gizli telefon işlədən gəlin evdən qaçdı-FOTO
19-08-2015, 15:34 31710 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın iyulun 31-də evdən xəbərsiz getməsi və bir daha qayıtmaması ilə bağlı məlumat yayıb.
 
Şəlalənin ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, o, ailəli olub və 3 uşağı var. Onun hara getməsindən, ailə üzvlərinin xəbəri olmayıb. Qayınatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlir.
 
Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb.
 
Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideyinlərinə xəbər verib. Qayınananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar
 
Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarına deyən ər, sevdiyi xanım onu və üç az yaşlı övadını ataraq nə vaxtsa qaçacağına ağlına gətirmədiyini deyib.
 
Yoldaşının sözlərinə görə Şalalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verən gündən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. “Yetər ki gəlsin, uşaqların və ailəni gözü yaşlı qoymasın”, – deyə ailə üzvləri bildirir.
 
Şəlalə Rüstəmovanı itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (050) 471-00-10  və ya Ucar Rayon Polis Şöbəsinə (02021) 3-15-85 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.  

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ