SON DƏQİQƏ

PressDent.Info

Ali Məhkəmə Qiyas İbrahimovun və atasının şikayətini təmin etməyib

Ali Məhkəmə Qiyas İbrahimovun və atasının şikayətini təmin etməyib
11-10-2018, 16:40 1392 dəfə baxılıb

Ali Məhkəmə bu gün NİDA hərəkatının fəalı Qiyas İbrahimovun və onun atası Həsən İbrahimovun kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Qiyas İbrahimov və digər fəal Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqlarına görə həbs ediliblər. Sonradan onlar böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bir il əvvəl Qiyas İbrahimova və atasına qarşı yeni ittihamlar – Bakı Apellyasiya Məhkəməsinin hakimlərini təhqir etmə ittihamı irəli sürülüb. Qiyas İbrahimov əlavə olaraq 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, atası isə bir il altı ay islah işlərinə cəlb edilib.

Ali Məhkəmənin bugünki iclasında nə fəal, nə də atası iştirak etməyib. Vəkil Elçin Sadıqov prosesdə bildirib ki, nə Qiyas İbrahimov, nə də atası hakimləri təhqir etməyib və onların məhkəmədə söylədikləri Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsinə sığır. Vəkil bəraətverici əsaslarla ata və oğul İbrahimovların cinayət təqibinə son qoymağı xahiş edib. Amma Əli Seyfəliyevin sədrlik etdiyi hakim heyəti şikayəti təmin etməyib.

Qiyas İbrahimov və Bayram Məmmədov “Beynəlxalq amnistiya” təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ