SON DƏQİQƏ

PressDent.Info

Facebook-da 50 milyon istifadəçinin təhlükəsizliyi pozulub

Facebook-da 50 milyon istifadəçinin təhlükəsizliyi pozulub
1-10-2018, 16:30 1131 dəfə baxılıb

Facebook bildirir ki, bu yaxınlarda aşkar etdiyi təhlükəsizlik pozuntusu 50 milyon istifadəçini təsirləndirib.

Sentyabr-ın 28-də dərc etdiyi bloq postda şirkət bildirir ki, hakerlər Facebook-un “View As” funksiyasına müdaxilə ediblər. Bu funksiya istifadəçilərə öz profillərinin başqaları tərəfindən necə göründüyünə baxmaq imkanı verir.

Facebook bildirir ki, təhlükəsizlik problemini çözməyə çalışır və bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Facebook bu proses zamanı 90 milyon istifadəçini platformadan çıxarıb və onlar Facebook-a yenidən daxil olmalı olublar.

Şirkət bildirir ki, kiberhücumun arxasında kimlərin olduğunu bilmir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ