SON DƏQİQƏ

PressDent.Info

PA-nın keçmiş şöbə müdiri Ukraynada xuliqanlıq edib?

PA-nın keçmiş şöbə müdiri Ukraynada xuliqanlıq edib?
27-09-2018, 18:41 6003 dəfə baxılıb

Paşa İlisuyskinin həbs edilməmək üçün özünü polislərə diplomat kimi təqdim edib

Bu günlərdə Azərbaycanda bəzi saytlarda gedən məlumatlara görə, Ukrayna daxili işlər naziri erməni əsilli şəxs olduğu üçün azərbaycanlıları sıxışdırır. Qeyd olunur ki, azərbaycanlılar bununla bağlı özlərini çox narahat hiss edirlər. Məlumatda bu prosesdə Azərbaycanın Ukraynadakı rəsmi nümayəndəliklərinin də azərbaycanlılara kömək etmədiyi, əksinə, nazirə həmin azərbaycanlı haqqında məktub yazdığı qeyd olunur.
Bu məsələ ilə bağlı hazırda mühacirətdə olan jurnalist Fikrət Hüseynli maraqlı araşdırma aparıb və onu facebookda paylaşıb. Jurnalist yazır: Zəng vurdum Ukraynanın DİN-inə. Bildirdim ki, Azərbaycan mediası belə bir xəbər yazıb və bu nə dərəcədə doğrudur. 3 dəfə danışıqdan sonra məlum oldu ki, Azərbaycanın Dubaydakı keçmiş konsulu, 2014-cü ildən Ukraynada Qafqaz Xalqları Konqresi adlı qht rəhbəri Paşa İlisuyski (Mamedov) bu günlərdə bir qadını döyüb. Qadın da Kiyev şəhər polisinə şikayət edib. Polis də Paşa Mamedovu saxlayıb. O da cəzadan yaxa qurtarmaq üçün özünü diplomat kimi qələmə verib. Ukrayna DİN-inə məlumat çatıb. Ukrayna DİN-i də bu şəxsin diplomat olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycanın XİN-inə aidiyyatı üzrə müraciət edib. Müraciətə də səfirliyin xəttilə cavab verilib ki, belə bir diplomat yoxdu. Nəticədə Paşa İlisuyskini istintaqa cəlb ediblər. Ukraynada da həbsdə qadın döyənə pis baxırlar. Bütün bunları bilən Paşa İlisuyski də indi milli davaya çevirib vəziyyətdən çıxmaq istəyir. Amma görünür, mümkün olmayacaq. Kiyev polisindən dedilər istintaq davam edir, qadın şıkayəti geri götürməsə, Paşa Mamedov həbs oluna bilər. Eyni zamanda onun diplomat toxunulmazlığı adı altında özünü qorumağa çalışması və istintaqdan yayınmaq istəməsi də araşdırılacaq. Yəni, məsələ də heç bir milli söhbət yoxdu.”
Bunun ardınca araşdırma apardıq və bəlli oldu ki, Paşa Məmmədov bir müddət Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində baş konsulu olub. Eyni zamanda o, bir müddət Prezident Administrasiyasının Protokol Şöbəsinin rəhbəri olub. Sonradan millət vəkili olmaq iddiasına düşən Paşa Məmmədov birdən-birə Ukraynada yaşamağa qərar verib. O Ukraynada tez-tez gözəllik müsabiqələri keçirir, həmin xanımların müxtəlif ölkələrə səfərlərini təşkil edir. Kiyevdə “Bentley” avtomobili ilə məşhur olan bu şəxsə diplomat olmaya-olmaya Azərbaycanın diplomatik pasportunun necə verildiyi isə maraqlıdır və araşdırılmalı mövzudur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ