SON DƏQİQƏ

PressDent.Info

Narkobaronun cəzası…

Narkobaronun cəzası…
14-09-2018, 16:40 3306 dəfə baxılıb

İlham Hüseyn

Bugün dövlət ittihamçısı Orxan Baxışlıya 7 il həbs cəzası istəyib. Əslində, belələri dövlət ittihamçısı yox, dövləti itiham edənlər, dövlətə ləkə vuranlardı. Bəli, bu vətənin ləyaqətli övladlarını şərləmək, dövlətin özünü şərləməkdi. Deməli, bugün həm də dövlətə 7 il həbs cəzası istənilib.
Onsuz da hamı bilir ki, bu ölkəni sevəmiyn bədəli ağırdı. Dövləti xalqı təmənnasız sevdinsə, narkoman olmalısan, xuliqan olmalısan və.s
Hələ illər öncə yazmışdım ki, biz damarımıza iynə yeritdiyimizə görə yox, beynimizə azadlıq uğrunda mübarizəni yeritdiyimizə görə narkomanıq. Bəli, narkomanın narkotikaya ehtiyacı olduğu kimi, bizim də azadlığa, ədalətə, həqiqətə ehtiyacımız var. Amma biz damarımızı deşmirik, pis ənənələri, pis idarəçiliyi, zalımın tuluğunu, zülmün boçkasını deşirik. Bizim də azadlığa düşkünlüyümüz var.
Orxan da azadlığın narkomanı olduğuna görə, narkobaronluq səviyyəsinə yüksəldi. Bu gün mənəviyyat narkomanları Orxana 7 il həbs cəzası istəyib. Orxanın ləyaqətli vətəndaş olmağının qiyməti budur.
Amma bir gün gələcək və o gün Orxanlar milyonlara nümunə kimi təqdim ediləcək. Heç kim onun cibinə atılan narkotikadan danışmayacaq, onun ürəyindəki vətən sevgisindən danışacaqlar.
Orxana 50 il həbs cəzası versəniz də, onun damarlarındakı ləyaqətin izlərini silə bilməyəcəksiniz.
Bir tərəfdə prokuror, hakim, şər sifarişçiləri, o biri tərəfdə gənc bir oğlan. Kimin çəkisi ağır gəlir? Əlbəttə, Orxanın.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ