SON DƏQİQƏ

PressDent.Info

Məktəb ləvazimatı neçəyədir?

Məktəb ləvazimatı neçəyədir?
13-09-2018, 15:47 2958 dəfə baxılıb

Bakıda orta təhsil müəssisələrində dərslərin başlamasına az qalıb.

BBC News Azərbaycancanın müxbirləri həm məktəb yarmarkasına, həm də məktəb ləvazimatları satan mağazalara baş çəkərək qiymətlərlə tanış olublar.

Məktəb ləvazimatlarının orta hesabla qiyməti aşağıda göstərildiyi kimi dəyişib.

Məktəblilər üçün olan su qabı həcmindən və keyfiyyətindən asılı olaraq, 6-24 manat arasındadır.

“Plastilin” kimi tanınan plastik oyun kütləsinin qiyməti istehsal yeri və sayına görə 1-12, rəngli karandaşlar 1-11, xətkeşlər isə isə 20 qəpikdən 3 manata qədərdir.

Məktəbli çantalarının qiyməti keyfiyyətindən asılı olaraq, 10-140 manat arasında dəyişir.

Plastik qovluğun qiyməti 0.5-2 manat arasındadır.

Qələm qablarının qiyməti 1-10 manat arasındadır.

Yazı qələmlərinin qiyməti 20 qəpikdən 2 manata qədərdir.

Rəsm üçün adi karandaşların qiyməti isə 30-80 qəpik civarındadır.

12 vərəqli dəftərin biri 10-15 qəpik, 40 vərəqli dəftərin isə dənəsi 30-70 qəpik arasındadır.

Məktəbli gündəliyini hər yerdə 1.5 manata almaq olar.

Rəsm albomunun qiyməti 1-10 manat arasında dəyişir.

60 və 100 vərəqli dəftərlərin qiyməti 45 qəpikdən 90 qəpiyə qədərdir.

Çeşidi çox olan pozanların da qiyməti 20 qəpikdən 2 manata qədər qalxır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ