SON DƏQİQƏ

PressDent.Info

Ötən il 30 min nəfər narkotik istifadəçisi qeydə alınıb

Ötən il 30 min nəfər narkotik istifadəçisi qeydə alınıb
5-09-2018, 16:36 7047 dəfə baxılıb

Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə Respublika Narkoloji Dispanserdən bildirilib.

Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Qeyd edək ki(“Report”), son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ