SON DƏQİQƏ

PressDent.Info

Müsavat fəalının həbs müddəti azaldıldı

Müsavat fəalının həbs müddəti azaldıldı
31-08-2018, 17:00 8352 dəfə baxılıb

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, siyasi məhbus Əlikram Xurşudovun həbs cəzası azladılıb. Bu barədə vəkil Osman Kazımov bildirib.

Ə.Xurşudovun şikayətinə avqustun 30-da Şirvan Apellyasiya Məhkəməsində baxılıb.

“Ə.Xurşudovun cəza müddəti 5 ildən 4 il 6 aya endirilib. Hesab edirəm ki, bu addım ölkədə müstəqil məhkəmə olması görüntüsü yaratmaq və həbsin siyasi motivli olmasını arxa plana keçirmək cəhdidir və hesab etmirəm ki, bu qərar ədalətlidir”, vəkil qeyd edib.

Ə.Xurşudov 2017-ci il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. Sonradan isə 315.2 maddə (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) üzrə ittiham verilib.

2018-ci il mayın 4-də Şirvan Şəhər Məhkəməsi Xurşudova 5 il həbs cəzası verib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ